Dad notları: qara tut, mürdüm əriyi, karamelizə olunmuş fındıq, aromada floral, məxməri sonluq
Ölkə: Kolumbiya
Bölgə: Antioquia
Sort: Castillo
Emal üsulu: Natural
Hündürlük: 1700-2300 m
Məhsul yığımı: 2025
Kolumbiya qəhvələri üçün həsrətimiz sona çatdı! Qəhvə yetişdirilməsi ilə məşhur Antioquia bölgəsində yerləşən Valparaisodan darıxdığımız intensiv, fermentasiya olunmuş və "funky" dənələr gəldi!
Bu bölgədə adətən mikrolot və eksperimental emal üsulları ilə məşğul olunur, lakin klassik natural emalda da uzun gözləmə müddətləri ilə fermentasiyanı uzadaraq, anaerobik prosesə tabe tutmadan intensiv dadlar əldə etməyimizə imkan yaradılır. Valparaiso olduqca çoxlaylı bir quruluşa malikdir. Aromada floral notlar üstünlük təşkil etsə də, dad hissəsində bu hiss olunmur; lakin intensiv gövdə hissiyyatı, yetkin bənövşəyi meyvə şirinliyi və kələ-kötür (pürüzlü) məxməri sonluğu ilə tam bir təcrübə qəhvəsidir.
Qəhvəsevərlərə nuş olsun!