Dad notları: nektarin, vişnə, armud, orta gövdə, ipəksi ağız hissiyyatı
Ölkə: Kosta Rika
Bölgə: Çirripo (Chirripo)
Sort: Catuai
Emal üsulu: Honey
Hündürlük: 1550 m
Məhsul yığımı: 2025
Tetra N Roastery-də keçən ilin ən sevilən qəhvələrindən olan Las Torres geri döndü! Darıxdığımız yetkin meyvə notları, Honey emal üsulunun gətirdiyi şirinlik və balanslı struktur yeni məhsul yığımında da bizimlədir. Honey emal üsulunun uğurlu bir nümunəsi olaraq, fincanda ahəngdar quruluş, yetkin meyvə şirinliyi və çoxlaylı bir təcrübə təqdim edir. Qəhvəsevərlərə nuş olsun!